Dr. Bəhruz Rüstəmov
Bəhruz Rüstəmov İlqar oğlu 30 sentyabr 1989-cu ildə Füzuli şəhərində anadan olmuşdur.
O, 2007-2012-ci illərdə Azərbaycan Tibb Universitetində Stomatologiya fakültəsi üzrə bakalavr təhsili alıb. 2013-cü ildən həkim-stomaroloq kimi professional fəaliyyətinə başlamışdır. "Denteex", "Optimed", "Bakı Sağlamlıq Mərkəzi" kimi prestijli klinikalarda fəaliyyət göstərmişdir. Finlandiya, İsveç, Norveç kimi Skandinaviya ölkələrində dental implantologiya ilə bağlı böyük konqreslərdə iştirak etmişdir.
Bunlardan əlavə, onu da qeyd edək ki, həkim-stomatoloq Bəhruz Rüstəmov, 44 günlük vətən müharibəsinin ilk anından etibarən, könüllü olaraq, cəbhədə həkim kimi son ana dək fəaliyyət göstərmiş və yüzlərlə əsgərimizin öz sağlamlığına qovuşmasında iştirak etmişdir.
Bəhruz Rüstəmov hal-hazırda "Bakı Sağlamlıq Mərkəzi"-ndə öz professional fəaliyyətini davam etdirir.