Vinirlər:
Vinirlər dişlərin yalnızca ön hissəsinə tətbiq olunan ortopedik konstruksiyalardır. Bu zaman diş sadəcə ön tərəfdən çox cüzi yonulur. Vinirlər sağlam dişlərdə rəngin və müəyyən qədər formanın dəyişməsi üçün ideal variantdır. Diş üzərində ləkələr, cızıqlar, kiçik deformasiyalar, mərkəzi dişlər arasında məsafə olduqda vinirlər tətbiq edilə bilər. Lakin böyük defektlər, böyük plomblanmış sahələr, patoloji dişləm, bruksizm və sair kimi əks göstərişlər olduqda, bərpa prosesi vinirlərlə aparılmır. Vinirlərin müxtəlif növləri vardır.
- Kompozit vinirlər
- Press-Keramika vinirlər
- Press-Emax vinirlər
- Prefabrik vinirlər
- Farfor (feldşpat) vinirlər
Qapaqlar:
Dişlərin böyük, plomb və ya vinirlə bərpa olunmayan defektləri zamanı dişlər qapaq altına yonulur və qapaqla bərpa olunur. Bu zaman dişin ağuz boşluğundakı funksiyası da bərpa olunur. Qapaqlarının da müxtəlif növləri vardır.
Zirkon qapaqlar
Diş əti ilə yaratdığı bioloji uyğunluq və yüksək estetik nəticələr səbəbi ilə xüsusilə ön dişlərdə ən çox məsləhət görülən qapaq növləridir.
Metal-keramik qapaqlar
Xüsusilə çeynəmə dişlərində daha effektiv nəticə göstərən bu qapaqlar, uzun müddət çeynəmə təzyiqinə davam gətirir.
İnlay, onlay, overlay
Dişlərin hissəvi destruksiyası zamanı flssurlar, qabarlar və divarların bir hissəsi qapaq və ya plomb əvəzinə, inlay, onlay və ya overlwy ilə bərpa oluna bilər.
Körpüyəbənzər protezlər
Hissəvi adentiya zamanı iki və daha artıq dayaq dişindən istifadə etməklə, ağız boşluğundakı dişsizlik vəziyyətini körpüyəbənzər protezlərlə bərpa etmək mümkündür. Bu zaman pasiyentin çeynəmə, qidalanma, estetik, nitq və sair kimi funksiyaları bərpa olunur.
Tam və hissəvi çıxan protezlər
Tam və hissəvi adentiyalar zamanı müəyən göstərişlər və ya pasiyentin istəyinə əsasən çıxan protezlər hazırlanır.
Bügel protezləri
Bu protez çıxan protezlerin ən yayılmış növüdür. Yüksək dayanıqlılığı, estetik görünüşü, tez uyğunlaşma təmin etməsi, çox zaman dayaq dişlərinin yonulmasına ehtiyac olmaması bügel protezlərinin üstünlüklərindəndir. Bu zaman dişlər yonulmadan ölçü götürülür və lazımlı yerlərdə dişlər üzərinə individual klammerlər düzəlir. Metal karkası yüngül və incə olduğu üçün danışma zamanı heç bir narahatlıq törətmir və protezin əlvan metaldan hazırlanmış bazisi sayəsində estetik olaraq görüntü qənaətbəxş olur.
İmplantüstü protezlər
Həm estetik, həm funksional cəhətdən ən mükəmməl nəticə verən bu protezlər, implantlar üzərinə hazırlanır.