Kanal müalicəsi
Kariyes yaranmış dişə vaxtında müdaxilə edilmədikdə proses dərinləşir və şiddətli ağrılarla müşayiət olunan nəticələr doğurur. Məsələn, pulpit, periodontit və sair. Bu zaman düzgün kanal müalicəsinin aparılması mütləqdir. Kabinetdə bütün standartlara cavab verən ən müasir endodontik aparatlar mövcuddur.
Plomblama
Kariyesin daha fəsadsız və səthi formaları zamanı diş tacının dağılmış hissəsi plombla bərpa edilə bilər. Ən müasir standartlara cavab verən plomb materialları və alətlərdən istifadə olunur.