Professional gigiyena
 

Diş daşlarının təmizlənməsi

Dişlərinizi nə qədər fırçalasanız da, müəyyən faktorların təsirindən ağız boşluğunda daşlar əmələ gələ bilir. Diş daşları dişləri fırçalayan və ya sərt qida qəbul edən zaman, hətta durduq yerə baş verən qanamalara, pis qoxuya səbəb olur. Müdaxilə edilmədiyi təqdirdə daha böyük fəsadlar verərək diş və selikli qişada ağır xəstəliklər əmələ gətirə bilir. Diş daşlarına müdaxilə stomatoloji şəraitdə həkim tərəflndən həyata keçirilir. Ən gec 6 aydan bir olmaqla professional gigiyena və diş daşlarının təmizlənməsi üçün həkimə müraciət etmək tövsiyə edilir.

Airflow diş bəyazlatma

Yüksək təzyiqli hava və su şırnağı və aşındırıcı tozun təsiri ilə dişlərin üzərindəki ləkələri təmizləyərək onların rənginin açılmasına kömək edir.