Dişlərin çıxarılması
Endodontik, restavrativ və ya ortopedik malicə olunaraq saxlana bilməyən dişlərin, ortodontik müalicə zamanı göstəriş olduqda müəyyən dişlərin (xüsusilə köpək və ağıl dişləri), retension və tam çıxmamış dişlərin, uşaqlarda normaldan daha uzun müddət ağızda qalan müvəqqəti dişlərin (daimi dişin mayası varsa) çəkilməsi vacibdir. Dişlərin ekstraksiyası (çıxarılması/çəkilməsi), ağız boşluğuna və pasiyentə heç bir travma vermədən, ağrısız şəkildə tərəflmizdən həyata keçirilir.
İmplantologiya
Çənədə bir və daha artıq diş olmadıqda, pasiyent sağlam dişlərini yonaraq bərpa edilməsini istəmirsə, bu zaman ən ideal vasitə implantdır. İmplant əməliyyatı ağrısız və qorxusuzdur. İmplant qoyulduqdan 2-3 ay sonra üzərinə qapaqlar yerləşdirilir. İmplant, bütün diş bərpa vasitələri arasında ən mükəmməl olanıdır. İstər estetik, istər funksiya cəhətdən mükəmməl nəticə verən implantlara son dövrlərdə tələbat böyükdür.
Bişektomiya
Yanaqdan piy çıxarılması və üz incəltməsi olaraq bilinən bişektomiya əməliyyatı zamanı, siz istədiyiniz üz quruluşuna sahib ola bilərsiniz.
Blefaroplastika
Göz qapaqlarının yaş və ya başqa faktorlarla əlaqədar olaraq sallanacaq gözün üzərini tutması, pasiyentləri narahat etdikdə blefaroplastika əməliyyatı aparılır. Bu zaman həm pasiyentin görüş sahəsi normallaşır, həm də estetik olaraq qənaətbəxş görünüş yaranır.
Bulxorn
Bullhorn (bulxorn) əməliyyatı burun ilə üst dodaq arasındakı boşluğun cərrahi yolla qısaldılaraq, dodaqları daha dolğun və qabarıq göstərən estetik əməliyyatdır.
Gum-smile
Gülərkən damaqlarının görünməsindən narahat olan pasiyentlər Gum-smile əməliyyatına müraciət edirlər. Əməliyyat nəticəsində çox gözəl estetik nəticə alınır.
Vestibuloplastika
Ağız dəhlizini genişləndirmək üçün aparılan əməliyyatdır. Protezlərin rahat oturması üçün müəyyən bir boşluq tələb olunur. Düzgün uyğunlaşmanın olmaması narahatlığa və xəstənin çeynəmə çətinliyinə səbəb olur. Ağız boşluğunda məhdud boşluq diş gigiyenasının saxlanmasını da çətinləşdirir və infeksiyaya səbəb ola bilir.
Bow-lifting (Qaş qaldırma)
Qaşlarının pozisiya və quruluşu ilə narazı olan pasiyentlərə Bow-lifting əməliyyatı edilir. Bu zaman qaş cərrahi üsulla pasiyentin istəyinə uyğun pozisiya və formaya gətirildiyindən, nəticə həm ürəkaçan, həm də uzun müddət qalıcı olur.