drbr
Posted in DR



Dr. Bəhruz Rüstəmov

  Bəhruz Rüstəmov İlqar oğlu 30 sentyabr 1989-cu ildə Füzuli şəhərində anadan olmuşdur. O, 2007-2012-ci illərdə Azərbaycan Tibb Universitetində Stomatologiya fakültəsi üzrə bakalavr təhsili alıb. 2013-cü ildən həkim-stomaroloq kimi professional fəaliyyətinə başlamışdır. “Denteex”, “Optimed”, “Bakı Sağlamlıq Mərkəzi” kimi prestijli klinikalarda fəaliyyət göstərmişdir. Finlandiya, İsveç, Norveç kimi Skandinaviya ölkələrində dental implantologiya ilə bağlı böyük konqreslərdə iştirak […]

drbr
Posted in XİDMƏTLƏR



Müayinə

  İnstrumental müayinə Həkim tərəflndən dişlərinizə vizual baxış və instrumental müayinə aparılır. Lazım gələrsə, rentgenoloji müayinə də aparıldıqdan sonra həkim sizi müalicə taktikası barədə məlumatlandırır. Rentgenoloji müayinə Kabinetdə portativ rentgen-vizioqraf mövcuddur. Bu sayədə siz başqa heç bir yerə getmədən, dişinizin rentgen görüntüsünü yerindəcə alaraq vaxtınıza və pulunuza qənaət edə bilərsiniz.

drbr
Posted in XİDMƏTLƏR



Kariyesin müalicəsi

  Kanal müalicəsi Kariyes yaranmış dişə vaxtında müdaxilə edilmədikdə proses dərinləşir və şiddətli ağrılarla müşayiət olunan nəticələr doğurur. Məsələn, pulpit, periodontit və sair. Bu zaman düzgün kanal müalicəsinin aparılması mütləqdir. Kabinetdə bütün standartlara cavab verən ən müasir endodontik aparatlar mövcuddur. Plomblama Kariyesin daha fəsadsız və səthi formaları zamanı diş tacının dağılmış hissəsi plombla bərpa edilə […]

drbr
Posted in XİDMƏTLƏR



Diş əti və selikli qişa xəstəliklərinin müalicəsi

  Gingivit Diş ətinin iltihabı olaraq bilinən gingivit əhali arasında çox rast gəlinən problemdir. Vaxtında müdaxilə edilmədikdə, diş ətinin daha ağır xəstəliklərinə keçə bilir və sonda dişlərin itirilməsi ilə belə nəticələnə bilər. Stomatit Ağızın selikli qişasında qızartı və səpgilər şəklində görünən stomatitlər stomatoloji və medikamentoz olaraq müalicə edilməlidir.

drbr
Posted in XİDMƏTLƏR



Ortopedik konstruksiyalar və estetika

  Vinirlər: Vinirlər dişlərin yalnızca ön hissəsinə tətbiq olunan ortopedik konstruksiyalardır. Bu zaman diş sadəcə ön tərəfdən çox cüzi yonulur. Vinirlər sağlam dişlərdə rəngin və müəyyən qədər formanın dəyişməsi üçün ideal variantdır. Diş üzərində ləkələr, cızıqlar, kiçik deformasiyalar, mərkəzi dişlər arasında məsafə olduqda vinirlər tətbiq edilə bilər. Lakin böyük defektlər, böyük plomblanmış sahələr, patoloji dişləm, […]

drbr
Posted in XİDMƏTLƏR



Cərrahiyyə

  Dişlərin çıxarılması Endodontik, restavrativ və ya ortopedik malicə olunaraq saxlana bilməyən dişlərin, ortodontik müalicə zamanı göstəriş olduqda müəyyən dişlərin (xüsusilə köpək və ağıl dişləri), retension və tam çıxmamış dişlərin, uşaqlarda normaldan daha uzun müddət ağızda qalan müvəqqəti dişlərin (daimi dişin mayası varsa) çəkilməsi vacibdir. Dişlərin ekstraksiyası (çıxarılması/çəkilməsi), ağız boşluğuna və pasiyentə heç bir travma […]

drbr
Posted in XİDMƏTLƏR



Sedasiya

  Pasiyentlərdə, xüsusilə azyaşlı uşaqlarda mövcud olan stomatoloji fobiya, həddən artıq nadinclik, müəyyən əqli və flziki qüsurlar zamanı onların sedasiya altında müalicə olunması məqsədəuyğundur. Bu zaman onların travma almasının qarşısı alınır. Böyük yaşlı pasiyentlər də sedasiya altında əməliyyat oluna bilər. Sedasiyaya müəyyən sağlamlıq göstəricilərinə əsasən göstəriş verilir, klinik şəraitdə stomatoloq otağında xəstə yatızdırılır, əməliyyatdan sonra […]

drbr
Posted in XİDMƏTLƏR



Professional gigiyena

  Diş daşlarının təmizlənməsi Dişlərinizi nə qədər fırçalasanız da, müəyyən faktorların təsirindən ağız boşluğunda daşlar əmələ gələ bilir. Diş daşları dişləri fırçalayan və ya sərt qida qəbul edən zaman, hətta durduq yerə baş verən qanamalara, pis qoxuya səbəb olur. Müdaxilə edilmədiyi təqdirdə daha böyük fəsadlar verərək diş və selikli qişada ağır xəstəliklər əmələ gətirə bilir. […]