Müayinə
Posted in XİDMƏTLƏR
drbr

Müayinə

  İnstrumental müayinə Həkim tərəflndən dişlərinizə vizual baxış və instrumental müayinə aparılır. Lazım gələrsə, rentgenoloji müayinə də aparıldıqdan sonra həkim sizi müalicə taktikası barədə məlumatlandırır. Rentgenoloji müayinə Kabinetdə portativ rentgen-vizioqraf mövcuddur. Bu sayədə siz başqa heç bir yerə getmədən, dişinizin rentgen görüntüsünü yerindəcə alaraq vaxtınıza və pulunuza qənaət edə bilərsiniz.



Kariyesin müalicəsi
Posted in XİDMƏTLƏR
drbr

Kariyesin müalicəsi

  Kanal müalicəsi Kariyes yaranmış dişə vaxtında müdaxilə edilmədikdə proses dərinləşir və şiddətli ağrılarla müşayiət olunan nəticələr doğurur. Məsələn, pulpit, periodontit və sair. Bu zaman düzgün kanal müalicəsinin aparılması mütləqdir. Kabinetdə bütün standartlara cavab verən ən müasir endodontik aparatlar mövcuddur. Plomblama Kariyesin daha fəsadsız və səthi formaları zamanı diş tacının dağılmış hissəsi plombla bərpa edilə […]



Diş əti və selikli qişa xəstəliklərinin müalicəsi
Posted in XİDMƏTLƏR
drbr

Diş əti və selikli qişa xəstəliklərinin müalicəsi

  Gingivit Diş ətinin iltihabı olaraq bilinən gingivit əhali arasında çox rast gəlinən problemdir. Vaxtında müdaxilə edilmədikdə, diş ətinin daha ağır xəstəliklərinə keçə bilir və sonda dişlərin itirilməsi ilə belə nəticələnə bilər. Stomatit Ağızın selikli qişasında qızartı və səpgilər şəklində görünən stomatitlər stomatoloji və medikamentoz olaraq müalicə edilməlidir.



Ortopedik konstruksiyalar və estetika
Posted in XİDMƏTLƏR
drbr

Ortopedik konstruksiyalar və estetika

  Vinirlər: Vinirlər dişlərin yalnızca ön hissəsinə tətbiq olunan ortopedik konstruksiyalardır. Bu zaman diş sadəcə ön tərəfdən çox cüzi yonulur. Vinirlər sağlam dişlərdə rəngin və müəyyən qədər formanın dəyişməsi üçün ideal variantdır. Diş üzərində ləkələr, cızıqlar, kiçik deformasiyalar, mərkəzi dişlər arasında məsafə olduqda vinirlər tətbiq edilə bilər. Lakin böyük defektlər, böyük plomblanmış sahələr, patoloji dişləm, […]



Cərrahiyyə
Posted in XİDMƏTLƏR
drbr

Cərrahiyyə

  Dişlərin çıxarılması Endodontik, restavrativ və ya ortopedik malicə olunaraq saxlana bilməyən dişlərin, ortodontik müalicə zamanı göstəriş olduqda müəyyən dişlərin (xüsusilə köpək və ağıl dişləri), retension və tam çıxmamış dişlərin, uşaqlarda normaldan daha uzun müddət ağızda qalan müvəqqəti dişlərin (daimi dişin mayası varsa) çəkilməsi vacibdir. Dişlərin ekstraksiyası (çıxarılması/çəkilməsi), ağız boşluğuna və pasiyentə heç bir travma […]



Sedasiya
Posted in XİDMƏTLƏR
drbr

Sedasiya

  Pasiyentlərdə, xüsusilə azyaşlı uşaqlarda mövcud olan stomatoloji fobiya, həddən artıq nadinclik, müəyyən əqli və flziki qüsurlar zamanı onların sedasiya altında müalicə olunması məqsədəuyğundur. Bu zaman onların travma almasının qarşısı alınır. Böyük yaşlı pasiyentlər də sedasiya altında əməliyyat oluna bilər. Sedasiyaya müəyyən sağlamlıq göstəricilərinə əsasən göstəriş verilir, klinik şəraitdə stomatoloq otağında xəstə yatızdırılır, əməliyyatdan sonra […]



Professional gigiyena
Posted in XİDMƏTLƏR
drbr

Professional gigiyena

  Diş daşlarının təmizlənməsi Dişlərinizi nə qədər fırçalasanız da, müəyyən faktorların təsirindən ağız boşluğunda daşlar əmələ gələ bilir. Diş daşları dişləri fırçalayan və ya sərt qida qəbul edən zaman, hətta durduq yerə baş verən qanamalara, pis qoxuya səbəb olur. Müdaxilə edilmədiyi təqdirdə daha böyük fəsadlar verərək diş və selikli qişada ağır xəstəliklər əmələ gətirə bilir. […]